VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

  
Binəqədi rayonunda "Saipa” və "Mercedes” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
 
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə istinadla verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.
 
"Saipa” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Əməliyyat saat 23:28-də başa çatıb.
 
BAKU.WS​