"Ahbap" istintaqı çərçivəsində Türkiyədə tanınmış simalar ifadəyə çağırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə "Ahbap" Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində bir sıra tanınmış şəxslər ifadə verməyə çağırılıb.
BAKU.WS xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun yaydığı məlumata görə, jurnalistlər Fatih Altaylı, Ruşən Çakır və Özlem Gürses, komediya ustası Şahan Gökbakar, aktrisa Hazal Kaya, eləcə də "YouTube" kontent istehsalçısı Fatih Koparan prokurorluğa dəvət olunub.
Bildirilib ki, onların ifadələri "Ahbap" Dərnəyi ilə bağlı davam edən istintaq çərçivəsində alınacaq.
Prokurorluq hələlik sözügedən şəxslərin hansı statusda, şahid və ya başqa prosessual qismdə ifadəyə çağırıldığı barədə əlavə məlumat açıqlamayıb.
"Ahbap" Dərnəyi ilə bağlı istintaq tədbirləri davam edir.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...