13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Cəlilabadda qəribə hadisə baş verib.
 
BAKU.WS ANS PRESS-ə istinadən məlumat verir ki, maskalı şəxslər tərəfindən oğurlanmış gənc bir gün girov saxlandıqdan sonra evlərinin yaxınlığında tapılıb. Gənc tapılan zaman huşsuz vəziyyətdə olub. 

Hadisə Cəlilabad rayonu Stansiya adalanan yaşayış məntəqəsində qeydə alınıb. 20 yaşlı Radil Mirzəyev səhər saatlarında fermada çalışan atasına yemək aparmaq üçün evdən çıxıb. Lakin yolda nəməlum şəxslər ona hücum ediblər. Döyülərək huşsuz hala salınan Radil Mirzəyev qapalı yerdə olan tiklidə bir gün saxlanılıb. Zərərçəkənin sözlərinə görə, həmin şəxslərin 4-ü də maska taxdığı üçün onları tanıya bilməyib.

Radil Mirzəyevin üzərindəki mobil telefonun enerjisi bitdiyi üçün doğmaları onunla yenidən əlaqə saxlaya da bilməyib. Axşam saatlarında isə o evləridən bir neçə yüz metr kənarda huşsuz halda yol kənarında tapılıb. Zərərçəkən gənc ona buraxılmazdan öncə bihuşedici iynə də vurulduğunu deyib. 

Artıq hadisə ilə bağlı Cəlilabad polisinə məlumat verilib. Maskalı şəxslərin tapılaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində istintaq əməliyyat tədbirləri başlayıb. 
 
Hazırda xəstəxanada olan gəncin qanından analizlər götürülüb. Ona vurulan maddənin nə olduğunun müəyyən edilməsi üçün ekspertiza təyin edilib. 
 
BAKU.WS