VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə polis yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyən şəxsə saxta yüz manatlıq əskinas verən şəxsi axtarır.

BAKU.WS
-in bölgə müxbirinin verdiyi məlumata görə, şəhərin Nizami prosspektində yerləşən yanacaq doldurma məntəqəsində operator vəzifəsində çalışan Abbasov Rauf Ramiz oğlu polisə müraciət edərək bildirib ki, 19 oktyabr tarixində gecə saat 01:30-da naməlum avtomobillə gələn şəxs ona yanacaq doldurması üçün yüz manat verib.

Bir müddət sonra verilən pulun saxta olduğu məlum olub.

Hazırda faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma başlanılıb.

Saxta əskinası dövriyyəyə buraxan şəxsin kimliyi araşdırılır.
BAKU.WS