Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb - VİDEO

13
okt
2019
21:31
Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 42 km-də, rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.Belə ki, “VAZ-2107” markalı nəqliyyat vasitəsi Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.Qəzada xəsarət alan sürücü, Kürdəmir rayon sakini 1984-cü il təvəllüdlü Məmmədov Nurlan Məhəmməd oğlu müxtəlif növ bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
BMW yoldan çıxıb aşdı, Qax sakini xəsarət aldı - VİDEO
Qaxda yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, hadisə Qorağan-Qax avtomobil yolunun, rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində qeydə a...
