VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhərində fərdi mənzillərdən birində yanğın hadisəsi olub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 1961-ci il təvəllüdlü Rzayeva Məhluqə Əliş qızı və daha bir nəfər yanıq xəsarətləri alıb.

Yaralılar təcili olaraq Gəncədəki xəstəxanalardan birinə gətirilib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin 5 yanğın söndürən maşını cəlb olunub.
BAKU.WS
VİDEO

QALEREYA