Bakıda yerlşən 1 saylı cəzaçəkmə müəssəsindən azadlığa çıxan məhbus itkin düşüb.

BAKU.WS
xəbər verir ki, bu barədə Bakının Nəsimi rayon Prokurorluğu “Xüsusi məlumatlar” informasiya sisteminə məlumat daxil olunub.

Bu barədə 1982-ci il təvəllüdlü Rusif Ataman oğlu Maxsudlu Daxili İşlər Nazirliyinin “102 xidmət”inə məlumat verib.

O, bildirib ki, əmisi 1970-ci il təvəllüdlü Musa Maxsud oğlu Abdulov cəzasını başa vurub.

Bu səbəbdən o, zəng vuraraq bildirib ki, evə qayıdır. Lakin evə gəlməyib və onunla əlaqə qurmaq mümkün deyil.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma başlanılıb.
BAKU.WS