İlham Əliyevlə Nikol Paşinyan arasında görüş bitib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə görüş bitdi.
BAKU.WS xəbər verir ki, məlumatı "Report"un Əbu-Dabiyə ezam olunmuş əməkdaşı verir.
***12:30
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü fasilədən sonra heyətlərin iştirakı ilə davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə Report-un Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir.
***12:07
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib.
BAKU.WS xəbər verir ki, Bu barədə "Report"un Əbu-Dabiyə ezam olunmuş əməkdaşı məlumat verir.
***11:15
Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşü keçirilir.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un Əbu-Dabiyə ezam olunmuş əməkdaşı məlumat verir.
***09:09
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qalereya
Oxşar xəbərlər
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
Ötən gün Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türk Dövlətləri Təşkil...