Kişiləri sevindirəcək MƏLUMAT - Bu qida "viaqra" kimi təsir edir
Alimlər adi kərəvizin viaqra kimi təsir göstərə biləcəyini müəyyən ediblər. Araşdırmalar göstərib ki, bu yaşıl tərəvəz qan dövranını yaxşılaşdırır və libidonu artıran maddələrə malikdir.
BAKU.WS xəbər verir ki, əsas təsir androsteron adlı təbii hormonla bağlıdır. Kərəviz yeyildikdən sonra bu hormon tərlə birlikdə ifraz olunur və alimlərin fikrincə, feromon kimi təsir edərək partnyorun cinsi istəklərini gücləndirə bilər.
Bundan əlavə, kərəviz nitrətlərlə zəngindir – bu maddələr damarların genişlənməsinə səbəb olur və kiçik çanaq orqanlarına qan axınını artırır. Bu da, öz növbəsində, kişilərdə cinsi sağlamlığa müsbət təsir edir.
Həkimlər bildirirlər ki, kərəvizin təsiri dərman preparatları kimi ani və güclü olmasa da, müntəzəm istifadə zamanı faydalı təsirlərini göstərir.
Kərəvizi salatlarda istifadə edin ki, onun faydalı maddələri maksimum dərəcədə qorunsun.
Oxşar xəbərlər
Kadırov ağır qəza şayiələri fonunda oğlu ilə birlikdə video paylaşdı
Çeçenistan rəhbərinin köməkçisi və Respublika Təhlükəsizlik Şurasının katibi Adam Kadırov respublikanın təhlükəsizlik qurumlarının rəhbərləri ilə görüş keçirib....