Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS
"report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, İlqar Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, "Kia" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarında dayanan "Qazel" markalı avtomobilə çırpılıb.

Hadisə zamanı Asim Talib oğlu Tarverdiyev və Rasim Talib oğlu Tarverdiyev xəsarət alıblar. Yaralıların hər ikisi üz nahiyəsinin və bədənlərin müxtəlif dərəcəli əziyi diaqnozları ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS