Bakıda yol qəzası - İki qardaş xəsarət aldı

07
okt
2019
09:27
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, İlqar Məmmədov küçəsində qeydə alınıb.Belə ki, "Kia" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarında dayanan "Qazel" markalı avtomobilə çırpılıb.Hadisə zamanı Asim Talib oğlu Tarverdiyev və Rasim Talib oğlu Tarverdiyev xəsarət alıblar. Yaralıların hər ikisi üz nahiyəsinin və bədənlərin müxtəlif dərəcəli əziyi diaqnozları ilə xəstəxanaya çatdırılıblar.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda restoranda baş verən davada 2 nəfər döyülüb
Bakıda restoranda iki nəfərin ciddi xəsarət alması ilə nəticələnən dava baş verib.BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov pro...
