SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakının Nərimanov rayonunda mənzildən böyük məbləğdə pul aparılıb. Paytaxt sakininin evində olan seyfin içərisindəki 120 min dollar oğurlanıb.

BAKU.WS
-in məlumatına görə, bu barədə bəzi kütləvi informasiya vasitələrində bildirlib. Vurğulanır ki, oğurlanan pulun sahibi hazırda Milli Məclisdə təmsil olunan deputatlardan biridir. Lakin deputatın adı açıqlanmayıb.

Yeri gəlmişkən, polisə bu barədə ərizəni A.Əlizadə küçəsində yaşayan 1980-ci il təvəllüdlü Bakı sakini Elmir Mehdiyev yazıb. O, ərizəsində onu da qeyd edib ki, hadisə 25 dekabr-1 fevral rarixləri arasında baş verib və seyf sındırılmayıb, açarla açılıb.


Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən açıqlama verilib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində paytaxt sakininin evindəki seyfdən oğurlanan pulun Milli Məclisin deputatlarından birinə aid olması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Bildirilib ki, hadisə fiziki şəxslərdən birinin evində baş verib. Hazlrda faktla bağlı araşdırma aparılır.
 
Ziya Babayev

BAKU.WS