Ermənilərin dolu kimi güllə yağdırdıqları kənddən REPORTAJ - İndiyədək 10 ölü FOTO

Ermənilərin dolu kimi güllə yağdırdıqları kənddən REPORTAJ - İndiyədək 10 ölü FOTO
Foto
Hadisə 820
Qazağın Quşçu Ayrım kəndi 1992-ci ildən indiyə qədər erməni işğalçıları ilə “daban-dabana” dayanıb desək səhv etmərik.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu günə kimi kəndin 10 nəfər sakini düşmənin açdığı atəş nəticəsində şəhid olub. Elə bu saya yaxın da mülkü vətəndaş yaralanıb.Dünən isə daha bir kənd sakini Səfərəli Ələkbər oğlu Abışov erməni gülləsinə tuş gələrək həyatını itirib.Bildirək ki, hazırda qazaxın 7 kəndi erməni nəzarətindədir. Quşçu Ayrım kəndi İşğal altında olan Bağanes Ayrım və Aşağı Əskipara kəndlərindən sonra ermənilərlə sərhəddə birinci kənddi.Quşçu Ayrım bu gün Qazaxın istinad divarıdır. Kənddə müəyyən qoruyucu tədbirlərdə görülüb.Ümumiyyətlə Quşçu Ayrım kəndində evlərin pəncərələri hörülüb.Nə qədər qorunmağa çalışsalar da erməninin murdar əli uzanıb kənd sakinlərinin həyatına qəsdə çatır. Bütün çətinliklərə baxmayaraq bura doğma yurd, vətəndir.Kənd sakinləri böyük vətənpərvərlik nümunəsi göstərirlər. Onlar da döyüşürlər, amma arxa cəbhədə.Onlar da arxa cəbhənin qəhrəmanlarıdır. Ordumuza güvənirik, dövlətimizə güvənirik deyirlər. Kənddən gedənlər də qayıdıb kəndə gəlirlər. 1992- ci ildə ermənilər tərəfindən yandırılan evlər 10 təmir olunub sakinlərin özünə verilib.Başqa şəhərlərdə yaşayan sakinlər yaxınlarının evinə, nəvələr nənə babalarının yanına yay istirahətinə gəlirlər.İlham Məmmədov

Oxşar xəbərlər

Erməni hərbçiləri Qazaxda mülki şəxsi öldürüb

Erməni hərbçiləri Qazaxda mülki şəxsi öldürüb

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yer­lə­şən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sə...

1326 Hadisə 19:58 02 oktyabr 2019

Son xəbərlər