13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Bakıda kütləvi dava olub.


BAKU.WS-
in məlumatına görə.Sabunçu rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə fevralın 1-dən 2-ə keçən gecə rayon ərazisində fəaliyyət göstərən "Emin” kafesində qeydə alınıb.

Beyləqan rayon sakinləri – Dəyanət Muradov, İlham Məmmədov və Fariz Məlikov sərxoş vəziyyətdə dalaşıblar. Hadisə yerinə polis çağırılıb. Sərxoş şəxslər əraziyə gələn polis əməkdaşları - polis kapitanı Ağaəli Əkbər oğlu Ələkbərova, polis serjantları Elnur Elman oğlu Şərifov və Bəxtiyar Şahlar oğlu Abbasova xəsarət yetiriblər. Hadisəni törədən şəxslər tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.   

BAKU.WS