Azərbaycanlı gənc Ərdoğanı görmək üçün 17 gün velosiped sürəcək - VİDEO

05
sen
2019
17:20
Azərbaycanlı gənc Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı görmək üçün Zaqatala şəhərindən Ankaraya qədər velosipedlə gedəcək. BAKU.WS xəbər verir ki, İzəddin Abdullayev adlı gəncin səfəri 16-17 gün davam edəcək.Uzun illərdən sonra arzusunu reallaşdırmaq üçün yaşadığı Yolayrıc kəndindən yola çıxan İ.Abdullayev Ankaraya doğru 1600 km məsafə qət etməlidir."Yolum uzundur, amma yolun uzaqlığı məni niyyətimdən yayındırmır. Rəcəb Tayyib Ərdoğanı çox sevirəm. Bu, mənim uzun illərdən bəri olan arzumdur",-deyə azərbaycanlı gənc vurğulayıb.
Oxşar xəbərlər
Ərdoğan Azərbaycan Prezidentinə zəng edib
Mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına telefonla zəng etmişdir.BAKU.WS-in xəbərinə görə, bu barədə Prezident...