SİZİN REKLAM BURADA!
055 213 76 73


Salyanda bədbəxt hadisə baş verib.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan şəhəri Qulu Əsgərov küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1939-cu il təvəllüdlü Abbasov Aləddin Qasım oğlu küçədən tapdığı əşyanı yoxlayarkən anidən partlayıb. Nəticədə sol əli ciddi xəsarət alıb.

Yaralı dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda cərrahiyyə şöbəsinə qəbul edilən A.Abbasov əməliyyat olunur. Faktla bağlı araşdırma aparılır.
BAKU.WS