SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı şəhər prokurorluğu yanvarın 23-də saat 14 radələrində paytaxtın Bilgəh qəsəbəsində yerləşən "Qağayı” istirahət bazasının ərazisində demontaj işlərinin həyata keçirilməsi zamanı baş verən faciə ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, dəmir borunun həmin vaxt orada olan 1970-ci il təvəllüdlü, Füzuli rayon sakini Səfəralı Səfərovun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktına görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

BAKU.WS