Qazax sakini dərmandan zəhərlənib.

BAKU.WS
-in bölgə muxbirinin verdiyi məlumata əsasən hadisə Çaylı kəndində qeydə alınıb.

2001-ci il təvəllüdlü Samirə Əliyeva ağır vəziyyətdə Qazax rayon Diaqnostika Mərkəzinə gətirilib.

Reanimasiya şöbəsinə yerləşdirilən S.Əliyevanın vəziyyətini həkimlər ağır qiymətləndirir.

Qazax rayon Polis İdarəsində fakt nəzarətə götürülüb.

Hadisənin təfərrüatları araşdırılır. BAKU.WS