Qazaxda avtomobil ağaca çırpıldı

Qazaxda avtomobil ağaca çırpıldı
Hadisə 368
Qazaxda yol nəqliyyat hadisəsi baş verib.BAKU.WS-in bölgə müxbiri xəbər verir ki, Qazax rayonun Çaylı kənd yolunda hərəkətdə olan "VAZ-21012" markalı avtomobil idarəetmədən çıxıb. Sürücü avtomobili ağaca çırpıb. Nəticədə Qazax rayon sakini, 1957-ci il təvəllüdlü Yusif Nəbiyev müxtəlif bədən xəsarətləri alıb. Yaralı Rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər