Sərxoş kişi evini yandırdı - VİDEO

Sərxoş kişi evini yandırdı - VİDEO
Foto Video
Hadisə 378
Gəncə sakini içkili vəziyyətdə evini yandırıb.BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, hadisə İsmət Qayıbov küçəsi 5 saylı evdə baş verib.Şahin Müzəffər oğlu Hüseynov içkili vəziyyətdə mənzilinə od vurub.Hadisə yerinə Kəpəz rayon Dövlət Yanğından mühafizə xidmətinin 4 yanğın söndürmə maşını və 40-a yaxın canlı qüvvəsi cəlb olunub.Alovun söndürülməsi təxminən iki saata yaxın çəkib.Alovun qonşu mənzillərə keçməsinin qarşısı alınsa da, yanan ev tamami ilə sıradan çıxıb.Keçirilən əməliyyat tədbirləri nəticəsində Şahin Hüseynov Kəpəz rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub.Qonşuların sözlərinə görə, bu Ş.Hüseynovun ilk dəfə törətdiyi hadisə deyil.O, bundan öncədə sərxoş halda bir neçə dəfə evini yandırmağa cəhd edib.Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Paytaxtda 3 otaqlı ev külə döndü

Paytaxtda 3 otaqlı ev külə döndü

Bakının Xəzər rayonunda ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istin...

424 Hadisə 20:55 03 iyul 2019

Son xəbərlər