Ruhi xəstə yaşadığı evi yandırıb

18
iyn
2019
13:15
Gəncədə yanğın hadisəsi baş verib.BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Gülüstan qəsəbəsində, Kəlbəcərdən olan məcburi köçkün Köçəri Ağalarovun evində qeydə alınıb.Əraziyə Gəncə şəhər Nizami rayonu və Göygöl Rayon Dövlət Yanğından Mühafizə hissələrindən 4 yanğınsöndürmə avtomobili və canlı qüvvə cəlb olunub.Sahəsi 110 kv.m olan 4 otaqlı tikilinin bir otağının tavanının 10 kv.m-lik sahəsi və içəridəki əşyaları yanıb. Alovun başqa tikililərə keçməsinin qarşısı alınıb.Yanğını ev sahibinin ruhi əsəb xəstəsi olan oğlu Ceyhun Ağalarov tərəfindən törədildiyi ehtimal edilir.Hadisə zamanı həyəcanlanan ev sahibəsi Fatma Əşrəfovaya tibbi yardım göstərilib.
Oxşar xəbərlər
Hərbçilərimiz azyaşlını yanğından xilas etdilər
Bu gün səhər saatlarında Goranboy rayonunun Yuxarı Ballıqaya kəndində fərdi yaşayış evində yanğın baş verib.Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yay...
