SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda Yol Polis əməkdaşının vətəndaşlardan pul istəməsilə bağlı videogörüntü yayılıb.

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə yayılan videodan da göründüyü kimi polis yolu düz keçməyən piyadaları saxlayaraq, onları cərimələmək istəyir.

Daha sonra həmin gənclər yol polisinə 10 manat pul verərək, ərazidən uzaqlaşırlar.

Qeyd edək ki, videodan da göründüyü kimi yol polisi ilk əvvəl rüşvət almaq istəmir. Sadəcə vətəndaşlar cərimə yazılmamaq üçün yol polisinə rüşvət verməyə təkid ediblər.

Məsələ ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsilə əlaqə saxladıq. İdarədən BAKU.WS-ə bildirdilər ki, yayılan videodan məlumatları var.

Hazırda bu məsələ barədə araşdırma aparılır.
BAKU.WS
VİDEO