Bakıda işıqforun qırmızı işığından keçən avtomobil qəza törədib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Rizvan Səfərov idarə etdiyi "Tofaş" markalı avtomobillə A.Bakıxanov küçəsi ilə hərəkətdə olan zaman işıqforun sarı işığında hərəkətinə davam edib. Bu vaxt Natiq Dadaşovun idarə etdiyi "Mercedes" markalı avtomobil Azadlıq prospektində işıqforun qırmızı işığından keçərək onun avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Əraziyə YPX müfəttişləri cəlb edilib, araşdırma aparılır.
BAKU.WS


VİDEO