VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ucar rayonunda gənc ana üç körpəsini evdə qoyaraq qaçıb.


BAKU.WS
-in məlumatına görə, rayonun Qaracallı kəndində yaşayan 24 yaşlı Şəlalə Rüstəmova gecə saatlarında evdən çıxaraq naməlum istiqamətə gedib. Onun hara getməsindən, ailə üzvlərinin xəbəri olmayıb. Qaynatası Azər Rüstəmovun sözlərinə görə, Şəlalənin yataq otağında olmadığını görəndə ilk olaraq ağıllarına gəlinin intihar etməsi və yaxud ailəni qorxutmaq üçün haradasa gizlənməsi gəlir.


Gecə saatlarında Şəlaləni axtaran zaman məlum olub ki, gəlin özünə məxsus qızılları və qaynatasına məxsus mobil telefonu, həyətdə olan avtomabilin açarını götürərək evdən qaçıb.


Olay baş verən gecə ailə ilk olaraq Şəlalənin valideyinlərinə xəbər verib. Qaynananın sözlərinə görə, qızının evinə gələn Şəlalənin valideyinləri özlərini bir qədər şübhəli və sərbəsət aparıblar


Şəlalənin həyat yoldaşı Arif Rüstəmov Rusiyada olduğundan hadisədən səhəri gün telefonla xəbər tutaraq evlərinə geri qayıdıb. Bir-birlərini sevərək ailə qurduqlarına deyən ər, sevdiyi xanım onu və üç az yaşlı övadını ataraq nə vaxtsa qaçacağına ağlına gətirmədiyini deyib.

 

Yoldaşının sözlərinə görə Şalalənin telefonu olmasa da, son bir neçə ayda gizlin şəkildə telefon işlədib. Bütün hadisələr də bundan sonra baş verib. Hadisə baş verən gündən bir neçə gün sonra Şəlalə anasına zəng edərək Bakıda sağ və salamat olduğunu bildirib. Bütün olanlara baxmayaraq, uşaqların xətirinə ailə gəlini qəbul edəcəyi sözünü verib. "Yetər ki gəlsin, uşaqların və ailəni gözü yaşlı qoymasın”, - deyə ailə üzvləri bildirir. 


Ucar rayon polis şöbəsindən aldığımız məlumata görə, ailə tərəfindən rəsmi olaraq rayon polisinə müraciət qəbul edilib. Hazırda Azər Rüstəmovun müraciəti əsasında, həmin gündən etibarən rayon polis şöbəsində Şəlalə Rüstəmovanın barəsində itkin düşmüş şəxs kimi axtarış elan edilərək axtarışlar davam edir. Ailə üzvüləri və rayon polis şöbəsnin əməkdaşları Şəlalə Rüstəmovanə görənlərdən, tanıyanlardan xahiş edir ki 050 403 61 69, (055 070) 218 21 21 Nömrələrinə zəng edərək məlumat versinlər

Ziya Səccad
BAKU.WS