SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkir rayonunda quldurluq hadisəsi baş verib.

BAKU.WS “teleqraf.com”a istinadən xəbər verir ki, naməlum şəxs rayon sakini N.Qasımovu kəsici alətlə hədələnib və onun 202 manatını alıb.

Zərərçəkmiş baş verən quldurluq hadisəsi ilə bağlı Şəmkir rayon polis şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayon sakini M.İbrahimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS