65 yaşlı qadın odun parçası ilə öldürüldü - Qardaşı oğlu saxlanıldı
Tovuz Rayon Prokurorluğu rayonda silahlı insidentlə bağlı məlumat yayıb.
BAKU.WS xəbər verir ki, avqustun 6-sı Tovuz rayonunun Əli Mərdanlı kəndi ərazisində 1961-ci il təvəllüdlü Məhəbbət İsayevanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1997-ci il təvəllüdlü Ülvi İsayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarətlər yetirərək qohumu Məhəbbət İsayevanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb, Ü.İsayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.
Qeyd edək ki, qafqazinfo-nun məlumatına görə, Ü.İsayevin M.İsayevanın qardaşı oğlu olduğu bildirilir.
Fotoda Məhəbbət İsayeva
Oxşar xəbərlər
"Tarqovı"da 3 obyektdə və evdə baş verən yanğın söndürülüb
Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geni...