SİZİN REKLAM BURADA!
055 213 76 73


Yasamal rayonu, Balababa Məcidov küçəsindəki hündürmərtəbəli binadakı yanğının baş vermə səbəbi məlum olub.

Bina sakinlərinin BAKU.WS-ə verdiyi məlumata görə, yanğına səbəb yanan mənzildə yaşayan ailə üzvləri bağ evinə köçərkən mobil telefon yükləyicisini (adapter) elektrikə birləşmiş halda unudublar. Nəticədə yükləyici həddindən artıq qızdığından alışıb. 

Qonşular qapıını aça bilmədiklərindən yanğının qarşısını ala bilməyiblər. 3 otaqlı ev kül olub.  

Digər qonşuların evi də yanğından zərər çəkib.

Sevindirici məqam budur ki, yanğında insan tələfatı qeydə alınmayıb.

12:23:49

Bakıda “Nizami” metrosu yaxınlığında yerləşən binada yanğın başlayıb.

BAKU.WS
xəbər verir ki, yanğın Yasamal rayonu, Balababa Məcidov küçəsindəki hündürmərtəbəli binada qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata əsasən, yaşayış binasının 9-cu mərtəbəsində mənzil yanır.

Hazırda yanğının yayılmasının qarşısı alınıb, digər zəruri tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO