Fədayə Laçına AĞIR İTKİ

Fədayə Laçına AĞIR İTKİ
Hadisə 8819
Hazırda həbs həyatı yaşayan müğənni Fədayə Laçının yaxın dostu dünyasını dəyişib.BAKU.WS AzNews.az-a istinadla xəbər verir ki, müğənninin İnstagram səhifəsini idarə edən Seyid adlı gənc oğlan ötən gün xərçəng xəstəliyindən dünyasını dəyişib. Qeyd edək ki, Seyid müğənninin ən son xəbərlərini izləyiciləri ilə bölüşüb. Eyni zamanda o, Fədayənin yaxın dostlarından biri olub. Bundan sonra sözü gedən səhifə fəaliyyətini dayandıracaq.Xatırladaq ki, məhkəmənin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsini 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub.

Oxşar xəbərlər

Fədayə Laçından YENİ XƏBƏR

Fədayə Laçından YENİ XƏBƏR

Bu gün Bakı Apelyasiya Məhkəməsində məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digərlərinin barəsində olan hökmdən verilən...

1260 Hadisə 16:57 20 may 2019

Son xəbərlər