Fədayə Laçına HÖKM OXUNDU
26
dek
2018
18:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası başa çatıb.BAKU.WS-in "Report"a istinadən məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri sabiq Bəhruz Abdullayev 9 il, sabiq qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.Hökmə əsasən, B.Abdullayevə ittiham olunduğu Cinayət Məcəlləsini 179-cu (mənimsəmə) maddə üzrə bəraət verilib, 311-ci (rüşvət alma) maddə isə ittihamdan xaric olunub. BAKU.WS
Oxşar xəbərlər
Polkovnik bəraət istədi - Fədayə Laçın və digərlərinin məhkəməsi
Müğənni Fədayə Laçın və həbs edilən digər şəxslərin məhkəməsi davam etdirilib.BAKU.WS “Musavat.com”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində...