Bakıda nənə və nəvəni maşın vurub

Bakıda nənə və nəvəni maşın vurub
Hadisə 856
Mayın 6-da saat 15 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsinin Babək küçəsində yolu keçən qəsəbə sakinləri Kübra Mahmudova və onun azyaşlı nəvəsi Nuray avtomobillə vurulub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sürücü hadisə yerini tərk edib. Hər iki piyada xəstəxanaya yerləşdirilib.DİN-in “Təhlükəsiz Şəhər” Xidməti və Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “NAZ Lifan” markalı avtomobillə törədildiyi müəyyən edilib.Qəbələ RPŞ-nin əməkdaşları ilə birgə keçirilmiş tədbirlərlə xəsarətlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Şəki rayon sakini X.Cəmilov Qəbələ rayonu ərazisində avtomobillə birgə saxlanılıb.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda ərlə arvadı vurub yol kənarına atdılar

Bakıda ərlə arvadı vurub yol kənarına atdılar

Bakının Xəzər rayonunda ərlə arvadı vurub yol kənarına atıblar.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, fevralın 27-də Buz...

1259 Hadisə 11:26 06 mart 2019

Son xəbərlər