Bakıda ərlə arvadı vurub yol kənarına atdılar

Bakıda ərlə arvadı vurub yol kənarına atdılar
Hadisə 1259

Bakının Xəzər rayonunda ərlə arvadı vurub yol kənarına atıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, fevralın 27-də Buzovna qəsəbə sakinləri V.Əliyev və arvadı İ.Manafovanın xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla onların saat 22 radələrində qəsəbə ərazisində yolun kənarı ilə gedərkən avtomobillə vurulduqları müəyyən edilib.Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən hadisənin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib.Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Novruzov polis əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı araşdırma aparılır. Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Bakıda piyadanı vurub qaçan sürücü tutuldu

Bakıda piyadanı vurub qaçan sürücü tutuldu

Fevralın 17-də saat 23 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində piyadanın ölümü ilə nəticələnmiş yol qəzası barədə 38-ci Polis Bölməsinə məlum...

710 Hadisə 13:15 19 fevral 2019

Son xəbərlər