SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Binəqədi rayonu ərazisində 12 avtomobili əzən "Gelandewagen" markalı avtomobilin sürücüsü müəyyən edilib.

BAKU.WS Trend-ə istinadla verdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü saxlanılıb.

Hazırda hadisənin hansı şəraitdə törədilməsi ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsində "Gelandewagen" markalı avtomobil avtomobil parklanma yerində yüksək sürətlə hərəkət edərək 12 avtomobilə ziyan vurub.
BAKU.WS
VİDEO