SİZİN REKLAM BURADA!
055 213 76 73


Salyan rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS xəbər verir ki, Salyan-Noxudlu-Şirvan avtomobil yolunun 3,5-ci kilometrliyindı 1987-ci il təvəllüdlü Anar Azər oğlu Abbasovun idarə etdiyi “Ford Desl Mikriavtobus” markalı 15 BS 013 nömrə nişanlı mikroavtobus Salyan rayonu istiqamətində hərəkətdə olarkən 1988-ci il təvəllüdlü Elnur Tarverdi oğlu Allahverdiyevin idarə etdiyi “Mercedes Benz E-222” markalı, 90 LZ 187 nömrə nişanlı maşınla toqquşub.

Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər 1952-ci il təvəllüdlü Məmmədqulu Hatəm oğlu Soltanov və 1965-ci il təvəllüdlü Xumnaz Feyruz qızı Zeynalova yaralanıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Həkimlər Məmmədqulu Soltanovun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
BAKU.WS