VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Gəncədə kişi qəsdən avtomobillə həyat yoldaşını vurub.

BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Məhsəti qəsəbəsində baş verib.

1960-cı il təvəllüdlü Eldar Abbasov Sevinc adlı həyat yoldaşını idarə etdiyi “VAZ” markalı avtomobillə vurub. Belə ki, kişi bir neçə dəfə qadını maşınla divara tərəf sıxıb. E. Abbasovun xəsarətlər alan həyat yoldaşı xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra Abbasov özü də sirkə turşusu içərək intihara cəhd edib, dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS