600 kiloqram kokain olan yelkənli gəmi ələ keçirilib

600 kiloqram kokain olan yelkənli gəmi ələ keçirilib
Hadisə 98

İspaniya polisi 600 kiloqram kokain daşıyan və Kanar adalarına istiqamətlənmiş yelkənli gəmiyə nəzarəti ələ alıb.

BAKU.WS xəbər verir ki, bu barədə İspaniya Daxili İşlər Nazirliyi rəsmi saytında məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, Xüsusi Əməliyyatlar Qrupu (GEO) agentləri yelkənli gəmini 19 bağlamaya yerləşdirilmiş narkotiklərlə birlikdə ələ keçirib və iki ekipaj üzvünü həbs edib.

Gəminin Polşa bayrağı altında üzdüyü bildirilir. Beynəlxalq dəniz narkotik ticarəti ilə mübarizə çərçivəsində keçirilən əməliyyatda İspaniya, Fransa, ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanları iştirak edib.

Xatırladaq ki, 27 yanvarda İspaniya və ABŞ xüsusi xidmət orqanları Portuqaliya sahillərində "Baltic Summer" adlı konteyner gəmisini dayandırıb. Rusiya ekipajının olduğu gəminin narkotik maddə daşımaqda şübhəli bilindiyi açıqlanıb.

Son xəbərlər