Bakının mərkəzində, Mərkəzi Univermağın yaxınlığında yanğın həyəcanı yaşanıb.
BAKU.WS-in məlumatına görə, Bank Standartın mərkəzi filialı qarşısını bir anda tüstü bürüyüb. İşçilər bankın binasının yandığını güman edərək FHN-in Yanğınsöndürən xidməti ilə əlaqə saxlayıblar.
Yanğınsöndürənlər hadisə yerinə gələndə isə fərqli mənzərənin şahidi olublar. Məlum olub ki, kimsə zibil qutularını yandırıb. Zibil qutularından qalxan qatı tüstü isə sakinləri qorxudub.
BAKU.WS