VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Abşeron rayon Polis İdarəsinə fevralın 11-də saat 3 radələrində Novxanı qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində quraşdırılmış bankomatdan oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.

Belə ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov qısa müddətdə müəyyən edilərək saxlanılmış, bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKU.WS