VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ermənistan Ordusunun bir qrup hərbçisi qar uçqununun altında qalıb.


BAKU.WS “news.am”a istinadən xəbər verir ki, hadisə Sisian rayonu ərazisində baş verib.


Ermənistanın Müdafiə Nazirliyi mətbuat xidmətinin katibi Artsurun Ovanisyanın yerli mətbuata verdiyi məlumata görə, qar uçqunu altında qalan hərbçilərin yeri müəyyən olunub. Əraziyə xilasedicilər cəlb olunublar.



“Qar uçqunu altında qalan hərbçilərdən biri isə hələlik tapılmayıb. Onun axtarışları aparılır”, - deyə Artsurun Ovanisyan bildirib.


Nazirlik rəsmisi qar uçqunu altında qalan hərbçilərin sayını açıqlamayıb.


Ziya SƏCCAD
BAKU.WS