Erməni hərbçilər qar uçqunu altında qaldılar
06
dek
2018
14:36
Ermənistan Ordusunun bir qrup hərbçisi qar uçqununun altında qalıb.
BAKU.WS “news.am”a istinadən xəbər verir ki, hadisə Sisian rayonu ərazisində baş verib.
Ermənistanın Müdafiə Nazirliyi mətbuat xidmətinin katibi Artsurun Ovanisyanın yerli mətbuata verdiyi məlumata görə, qar uçqunu altında qalan hərbçilərin yeri müəyyən olunub. Əraziyə xilasedicilər cəlb olunublar.
“Qar uçqunu altında qalan hərbçilərdən biri isə hələlik tapılmayıb. Onun axtarışları aparılır”, - deyə Artsurun Ovanisyan bildirib.
Nazirlik rəsmisi qar uçqunu altında qalan hərbçilərin sayını açıqlamayıb.
Ziya SƏCCADBAKU.WSOxşar xəbərlər
"Azərsu"yun fəhləsi torpaq uçqunu nəticəsində ölüb
Abşeron rayonunda torpaq uçqunu zamanı fəhlə ölüb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində kanalizasiya xəttinin çəkilişi...