Azərbaycanlı məmurun faciə baş verən evindən görüntülər yayıldı (VİDEO)
Bələdiyyəsinin sədrinin atasının Lerik rayonunda qar uçqununun altında qalan evinin görüntüləri yayılıb.
BAKU.WS-in xəbərinə görə, səhər saatlarında rayonun Orat kəndində baş verən hadisə nəticəsində evdəki Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 3 azyaşlı nəvəsi uçqun altında qalıb.
Hadisədən dərhal sonra evə daxil olan şəxslər son vəziyyəti kadra alıb. Görüntülərdən aydın olduğu kimi ev tam yararsız hala düşüb.
Qeyd edək ki, xilasedicilər uçqun altından bir azyaşlı uşağı sağ xilas edib, digər ailə üzvləri dünyasını dəyişib. Uçqun nəticəsində sağ qalmış Elcan Mustafayev beşiyin onun üzərinə aşması nəticəsində təsadüfən sağ qalıb. Son məlumatlara görə, körpənin səhhəti normaldır. Qar uçqununun altında qalan ev Orat kənd bələdiyyəsinin sədri Amil Mustafayevin atası Ə.Mustafayevə məxsusdur.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı məmurun evində faciə: gəlini, həyat yoldaşı və nəvələri öldü
Lerik rayonunda qar uçqunu baş verib. BAKU.WS-in xəbərinə görə, Lerik rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumatda, hadisə səhər saatlarında rayonun O...