Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib.


BAKU.WS "report”a istinadən xəbər verir ki, qəzaya piyadanın qəfil yola çıxması olub.


Piyadanın yola çıxması nəticəsində 4 avtomobil biri-birinə, daha bir avtomobil isə divara çırpılıb.


Belə ki, sürət həddi 80 km/saat olan yolun hərəkət zolağına piyadanın çıxması nəticəsində sol zolaqla hərəkət edən "VAZ 2107", "Niva", "Mercedes Benz" və KİA markalı avtomobillər bir-birinə çırpılıb.


Sağ zolaqla hərəkət edən "Nissan Qashqai" markalı avtomobil isə Xırdalandakı DYP postunun divarına çırpılıb. Qəza nəticəsində avtomobilin ön tərəfi tamamilə deformasiyaya uğrayıb.


BAKU.WS