Bakı-Sumqayıt yolunda zəncirvari qəza – "Nissan Qashqai" DYP postuna çırpıldı

Bakı-Sumqayıt yolunda zəncirvari qəza – Nissan Qashqai DYP postuna çırpıldı
Hadisə 1924

Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib.

BAKU.WS "report”a istinadən xəbər verir ki, qəzaya piyadanın qəfil yola çıxması olub.

Piyadanın yola çıxması nəticəsində 4 avtomobil biri-birinə, daha bir avtomobil isə divara çırpılıb.

Belə ki, sürət həddi 80 km/saat olan yolun hərəkət zolağına piyadanın çıxması nəticəsində sol zolaqla hərəkət edən "VAZ 2107", "Niva", "Mercedes Benz" və KİA markalı avtomobillər bir-birinə çırpılıb.

Sağ zolaqla hərəkət edən "Nissan Qashqai" markalı avtomobil isə Xırdalandakı DYP postunun divarına çırpılıb. Qəza nəticəsində avtomobilin ön tərəfi tamamilə deformasiyaya uğrayıb.

BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər