SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illiyi münasibəti ilə maraqlı videoçarx hazılanıb. 
 
BAKU.WS-in məlumatına görə, çarxda FHN-in əməliyyatlarından görüntülər əks olunub. Təqdimat filmində FHN-in "Günəşli" yatağındakı əməliyyatları, təlimlər zamanı çəkilmiş görüntülər də yer alıb. 
 
BAKU.WS həmin təqdimat filmini oxucularına təqdim edir. 
 
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi — fövqəladə hallar sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikasının qurumudur. Nazirliyə hazırda Kəmaləddin Heydərov rəhbərlik edir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyi ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
 
Şahin Həbibov
BAKU.WS