Azərbaycan və İsrailin müdafiə nazirləri Təl-Əvivdə görüşüblər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti İsrailin Tel-Əviv şəhərində rəsmi səfərdədir.
Bu barədə BAKU.WS-ə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri cənab İsrael Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ilə görüşüb.
Ölkələr arasında münasibətlərin yüksək səviyyədə olmasının xüsusi vurğulandığı görüşlərdə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Rəsmi səfər zamanı Azərbaycanın müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov ilə İsrail Müdafiə Nazirliyinin Baş direktoru cənab Amir Baram arasında keçirilən görüşdə hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlardan danışılıb.
Nazirliyin rəhbər heyəti, həmçinin İsrail Müdafiə Qüvvələrinin Baş Əməliyyat Mərkəzini ziyarət edərək burada görülən işlərlə tanış olub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib
Azərbaycanda ipoteka kreditlərindən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə h...