Hövsanda avtomobillə toqquşan avtobusla bağlı AÇIQLAMA

"Bu gün, saat 06:40 radələrində "BakuBus" MMC-nin istismarında olan 120 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 99-JO-206 dövlət qeydiyyat nişanlı avtobusda Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib".
Bu barədə BAKU.WS-ə "BakuBus" MMC-dən bildirilib.
Qeyd edilib ki, hadisə zamanı avtobusun sürücüsü Kamal Kərimovun verdiyi ilkin məlumata əsasən, baş yol ilə hərəkətdə olarkən qarşısına qəfil minik avtomobili çıxmış və nəticədə toqquşma baş verib:
"Qəza baş verdiyi zaman avtobusda sərnişin olmayıb. Hadisədə iştirak edən digər nəqliyyat vasitəsi 77-CM-508 dövlət qeydiyyat nişanlı minik avtomobilində sərnişin olub, lakin xəsarət alan qeydə alınmayıb.
Avtobusun sürücüsü qol nahiyəsindən yüngül bədən xəsarəti alıb. Baş vermiş hadisə barədə aidiyyəti dövlət qurumlarına dərhal məlumat verilib. Hazırda faktla bağlı araşdırma aparılır".
***08:35
Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, "BakuBus"a məxsus sərnişin avtobusu ilə "Toyota" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində "Toyota" markalı avtomobil aşıb. Qəza zamanı avtobusa da ziyan dəyib.
Xəsarət alanlar barədə məlumat yoxdur.
Görüntüləri təqdim edirik:
Orxan Hüseyn
Oxşar xəbərlər
"Sədərək" ticarət mərkəzində YANĞIN OLUB
"Sədərək" ticarət mərkəzində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, ticarət mərkəzinin ərazisində divar üzlü...