Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 125 cinayət faktı qeydə alınıb.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, cinayətlərdən 24-ü “isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Bundan başqa, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxslər saxlanılıblar.


Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 312-ci (rüşvət vermə) maddələri ilə axtarışda olan İlqar Məmmədov saxlanılıb.


Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Adil Nuriyev saxlanılıb.


Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.


BAKU.WS