SİZİN REKLAM BURADA!
055 213 76 73



Trabzonda insanları qəzəbləndirən hadisə baş verib.


BAKU.WS xəbər verir ki, küçədə 5 yaşlı qıza qarşı seksual hərəkətlər edən kişi müşahidə kameralarına tuş gəlib. Video sürətlə Türkiyə mediasında və sosial şəbəkələrdə yayılıb.


Bu hadisə böyük etirazlara səbəb olub. Polis dərhal hərəkətə keçib. Araşdırmalar zamanı uşağa qarşı əxlaqsız hərəkətlər edən şəxsin Mesut T. olduğu müəyyənləşib. Onun bələdiyyədə təmizlik işçisi olduğu bildirilib. Həmin adam saxlanılıb və izahatı alındıqdan sonra sərbəst buraxılıb.


Mesut T.-nin sərbəst buraxılması isə insanları daha da qəzəbləndirib. Təkcə Trabzonda deyil, Türkiyənin bir çox şəhərlərində manyakın sərbəst buraxılmasına etirazlar başlanılıb.


Etirazlar həm də sosial şəbəkələrdə yayılıb. Çoxsaylı insan manyakın həbs edilməsini tələb edib. Bəziləri isə həmin adamın linç edilməsini təklif edib. Etirazların böyüməsindən sonra polis təkrarən Mesut T.-i həbs edib.


Onun məhkəməsinin tarixi açıqlanmayıb. Polis həmin şəxsin təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhkəmənin tarixini gizli saxlayır.


Cavid Babayev
BAKU.WS