Azərbaycanda BİABIRÇILIQ: 58 yaşlı kişi kənddə azyaşlı oğlanları zorladı
Ucar rayonunda biabırçı olay yaşanıb.
Rayonun Bərgüşad kənd sakini, 58 yaşlı Allahqulu adlı şəxs azyaşlıları qarşı seksual hərəkətlər edib. O, 10-14 yaş arası oğlan uşaqları ilə qumar oynayaraq, uduzanlarla cinsi əlaqədə olub. Uşaqlar da "qumar qaydaları”na əsasən bu barədə heç kəsə məlumat verməyib. Daha sonra hadisədən xəbər tutan qonşusu təsadüfi şəkildə hadisənin videogörüntüsünü əldə edib və onu sosial şəbəkədə paylaşıb.
Bundan sonra kənd sakinləri və hüquq mühaizə orqanları məsələdən xəbərdar olub.
Kəndin bələdiyyə sədri Rauf Şəmsəddinov Publika.az-a hadisənin doğruluğunu təsdiqləyib və hazırda Allahqulunun polis bölməsində olduğunu bildirib:
"Hadisəyə istənilən halda hüquq-mühafizə orqanları qiymət verəcək. Uşaqlar məsələni inkar etsələr də, ortada videofakt var. Bildiyim qədəri ilə şəxs də əməlini boynuna alıb. Valideynlər də şokdadır, bəziləri olayı qəbul edə bilmir. Mənə verilən məlumata görə, analoji əməl 5-6 uşağa qarşı törədilib. Özü də təkcə öz kəndimizin uşaqlarına qarşı yox. Sakin bizim kənddən olsa da, qonşu Ənvər Məmmədxanlı kəndindən olan uşaqlara qarşı da seksual hərəkətlər edib”.
Bələdiyyə sədrinin sözlərinə görə, iyrəncliyin ifrat dərəcəsinə varan manyak son olaraq törətdiyi əməli telefonla videoya çəkib. Daha sonra həmin görüntüləri qonşusunun telefonuna köçürüb və öz telefonundan silib. Deyib ki, bu faylı saxla, lazım olanda istəyəcəm. Qonşusu isə görüntülərdə nə olduğunu bilmədən onu telefonuna köçürüb. Ötən günlərdə isə təsadüfən videonu açıb və burada Allahqulunun uşaqlara qarşı törətdiyi nalayiq əməlləri görüb. Daha sonra videonu internetdə yayıb. Görüntüləri polis izlədikdən sonra videonu yayan şəxsi tapıb həbs edib. Onun vasitəsilə də Allahqulunu tapıblar. Daha sonra qonşunu buraxıblar.
Sədr manyakın atasının da vaxtilə adam öldürdüyünə görə həbsdə olduğunu bildirib:
"Kənddə əsəbi adam kimi tanınır. Psixoloji durumu yerində deyil. Sahibkar obyektində gözətçi işləyir. Ailəlidir, hətta böyük övladları var. Vaxtilə atası adam öldürdüyünə görə həbs olunub. Kənd camaatı artıq onu qəbul etmək istəmir. Əhali deyir ki, ya bu kəndə qayıtmasın, ya da özünü öldürsün”.
Hüquq-mühafizə orqanları məsələni araşdırır.
BAKU.WS
Oxşar xəbərlər
Məsciddə qadınla tutulduğu deyilən bələdiyyə sədrindən açıqlama
Masallı rayon Hüseynhacılı kənd bələdiyyəsinin sədri Rafiq Ağayev kənd sakinlərinin ittihamlarına cavab verib. R. Ağayev "Qafqazinfo”ya bildirib ki, kənd sakin...