Azərbaycanda şagirdi öpən məktəb direktoru həbs olundu
02
noy
2017
21:30
Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktoru barəsində həbs qəti imkan tədbiri seçilib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, Gülməz Alxasov Xaçmaz rayon prokurorluğunun təqdimatı əsasında vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə 3 aylıq həbs qəti imkan tədbiri seçilib.Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.Qeyd edək ki, Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasovun məktəbin şagirdi, 12 yaşlı qıza qarşı əxlaqsızlıq etdiyi iddia olunur. G. Alxasov müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.BAKU.WS
Oxşar xəbərlər
Direktorun öpdüyü şagirdin anası danışdı – VİDEO
Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbində direktorun 6-cı sinif şagirdinə qarşı seksual hərəkətləri ilə əlaqədar həmin məktəbdə təhsil alan şagirdlərin v...