VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyədə “Adnan Hoca” adı ilə tanınan, özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktarın lüks villası dağıdılıb.


BAKU.WS xəbər verir ki, Adnan Oktarın “kedicik”lərlə birlikdə Kandildəki lüks villasının sökülmə anı çəkilib.


Videodan da göründüyü kimi böyük və əzəmətli villadan əsər-əlamət qalmayıb.


Qeyd edək ki, bu ilin iyul ayında Türkiyədə keçirilən terror əməliyyatı zamanı Adnan Oktar və 235 tərəfdarı həbs edilib.


Saxlanılan şəxslər azyaşlı uşaqlara təcavüz, çirkli pulların yuyulması, təhdid və şantaj etməkdə ittiham olunur. Əməliyyat zamanı çoxlu sayda silah-sursat, zirehli geyim və maşın müsadirə edilib.


Mövzu ilə əlaqədar xəbəri “Adnan Oktar və "kedicikləri" həbs edildi - BÖYÜK ƏMƏLİYYAT” adlı matrealdan oxuya bilərsiz.


Cavid Babayev
BAKU.WS